Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Sevdiyi qadının anasını bıçaqlayan şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Səmədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Belə ki, onun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin dekabr ayının 1-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi H.Z.Tağıyev küçəsində baş verib. Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədovanı küçədə bıçaqlayıb.

Buna səbəb R.Məmmədovanın qızının Ə.Səmədovla münasibətinə etiraz etməsi olub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.