Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Seçkilərdə namizədlərin seçiciləri ilə görüşü üçün lazımi şərait təmin olundu

Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb:

“Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər müəyyənləşib. Həmin yerlər rəsmi şəkildə mətbuatda da dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”.