Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” Açıq tipli Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən E-huquq.az-a verilən məlumata görə, görüşdə məqsəd nazirlik və həmin qurumlar arasında imzalanmış əməkdaşlıq Memorandumunun tətbiqi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları və icbari sığortanın əhəmiyyətindən bəhs edib. O, dövlət orqanları, işəgötürənlər ilə sığorta şirkətləri arasında bu sahədə əməkdaşlığın əhəmiyyətini və nazirliyin fəaliyyət sahələrində aparılan islahatları, xüsusilə həmin sahələrdə elektron sistemlərin tətbiqinin geniş miqyas aldığını diqqətə çatdırıb.

Əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub. Bildirilib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.

Görüşdə sistemin sentyabrın əvvəlindən tam fəaliyyətə başlanılacağı vurğulanıb.