Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Səlim Müslümovun tələbə yoldaşının məhkəməsi başladı

Binəqədi Rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri - Şakir Nuriyev və Ramiz Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

E-huquq.az xəbər verir ki, hakim Abbas Rzayevin sədrliyi ilə sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan Rayon Şöbəsinin müdiri Şakir Nuriyev və digər vəzifəli şəxs Ramiz Əmiraslanov xidmətdə olduqları vaxt yeyinti etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirlər. Zərərçəkmiş tərəf isə Fondun Zəngilan rayon şöbəsidir. 

Ş.Nuriyev vəzifədə olduğu müddət ərzində ölkə mediasında bir neçə dəfə onun keçmiş nazir Səlim Müslümovun tələbə yoldaşı və dostu olduğu qeyd olunub. 

S.Müslümov fonda rəhbər təyin edildikdən sonra Ş.Nuriyevi də vəzifəyə təyin edib. Ş.Nuriyev İmişli, Qaradağ, Qobustan və Şuşa rayon şöbələrinin müdiri işləyib. Bir müddət isə DSMF-nin kadrlar şöbəsinə rəhbərlik edib. Payaxtın Səbail rayonunda müdir işləyəndən sonra Zəngilana təyin olunub.