Mirzayev&Partners
    22 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edildi

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasına görə yeni cərimə müəyyənləşib.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Beləliklə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.