Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Şahin Yusifov vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxacaq

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Yardımlıda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Yardımlı Rayon Məhkəməsində (ünvan: Yardımlı şəhəri, Bəhruz Mansurov küç., 1) saat 11:00 başlayacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Yardımlı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 255-77-15 əlaqə nömrələri və ya [email protected]  elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.