Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Sahibkarlara əmlakın qeydiyyatına dair təqdimatlar keçirildi

Oktyabrın 11-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Daşınmaz əmlakın alqı-satqısı sahəsində tətbiq olunan yeniliklər” mövzusuna həsr edilən təqdimat keçirilib.

E-huquq.az xəbər verir ki, İİTKM-in analitiki Nərmin Kazımlı Prezident İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərmana əsasən, vətəndaşlar üçün əmlakın qeydiyyatı üzrə daha operativ və səmərəli imkanlar yaradıldığını deyib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov isə qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı “Əmlak kalkulyatoru” mövcuddur.