Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Sabunçuda qəza törədən sürücünün məhkəməsi başladı

Sabunçu Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Əliyevin cinaytət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, bu il mayın 5-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü S.Əliyevin 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər şəxsin zərərçəkməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin S.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.