Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən e-huquq.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu  gecə 16-19° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  23-25°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 765  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət 70-80% olacaq.  

Sentyabrın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  14-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-17° isti təşkil edəcək.