Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən e-huquq.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif  duman olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz  55-65 % olacaq. 

Martın 23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

CoronaVirus CoronaVirus