Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

“Rustavi 2”nin keçmiş baş direktoruna qarşı ittiham ağırlaşdırıldı

Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğundan bildirilib.

Yeni qətnamayə əsasən, N.Qvaramia vəzifə səlahiyyətlərindən istifadə etməklə bir qrup şəxslə “Rustavi 2”nin əmlak hüquqlarını mənimsəməkdə, həmçinin, ciddi zərərə səbəb olan saxta sənədlərin hazırlanması və istifadəsində ittiham olunur.

Qeyd edək ki, N.Qvaramiaya qarşı ilkin ittiham bu ilin avqustun 9-da irəli sürülüb. O zaman o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə ittiham olunub.

“Rustavi 2”nin keçmiş baş direktorunun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Mənbə: Report