Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Rusiya Vəkillər Gildiyasının prezidenti "Mirzayev and Partners Legal Firm" hüquq şirkətində olub

Rusiya Vəkillər Gildiyasının prezidenti, hüquq elmləri doktoru, professor Həsən Mirzoyev Azərbaycana səfəri çərçivəsində “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinə baş çəkib. 

E-huquq.az xəbər verir ki, Həsən Mirzoyev şirkətdə yaradılmış şəraitlə tanış olub. 

Sonra şirkətin rəhbəri Şaiq Mirzəyev "Mirzayev and Partners Legal Firm"ın fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Həsən Mirzoyev qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan vəkilliyinin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün cənab sədr Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan Vəkillər Kollegiyası böyük uğurlara imza atıb. Azərbaycanda vəkillər üçün yaradılmış şərait, hüquq-müdafiə sahəsində görülən işlər bunu deməyə əsas verir". 

Qeyd edək ki, Həsən Mirzoyev Azərbaycan vəkilliyinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gəlmişdi.