Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Rüşvətə görə həbs edilən hakim son söz deyib, hökm elan olunub - YENİLƏNİB

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və keçmiş vəkil Məmməd Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

A. İsmayılovun vəkili Şaiq Hüseynovun e-huquq.az-a verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi keçmiş hakim özünü təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Məhkəmədə digər şəxslər də son söz deyiblər. 

Sonra hökm oxunub. 

Hökmə əsasən A. İsmayılov 2 il 6 ay,  Ş. Allahverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən M. Yaqubov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.  

Qeyd edək ki, istintaqla Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə keçmiş vəkil Məmməd Yaqubova da ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.