Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident “şəxsi hüquqların pozulması” iddiası ilə məhkəməyə müraciət edib və Kılıçdaroğludan 250 min lirə təzminat tələb edib.

Ərdoğanın vəkili Hüseyn Aydının Ankara 7-ci Asliyə Hüquq Məhkəməsinə verdiyi ərizədə Kılıçdaroğlunun noyabrın 26-da qrup iclasında Ərdoğanla bağlı işlətdiyi “vətən xaini”, “peşkeş etmək” ifadələrinin hüquqi baxımdan cinayət xarakterli olduğu vurğulanıb.