Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Raquf Orucovun xanımı vəkil oldu

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova vəkillik fəaliyyətinə başlayır.

E-huquq.az xəbər verir ki, "Qafqazinfo"ya açıqlama verən "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ötən gün and içdiyini, vəkil vəsiqəsi aldığını bildirib:

"Ötən gün and içdim, vəkil oldum. Özüm ali təhsilli hüquqşunasam. Böyük bir şirkətin hüquq departamentinin direktor müaviniyəm. Hüquq müdafiəçisi Sahib Məmmədov bizim dostumuzdur. O, bizimilə məsləhət elədi ki, artıq Anar Bağırov gəlib, bu sahədə mütərəqqi dəyişiklər olub. Bəs, sən niyə vəkil olmaq istəmirsən? Birinci həvəs yaradan Sahib müəllim oldu. Keçən ilin oktyabr ayında Bakı Dövlət Universitetinin müəllimi Asif müəllim köməklik göstərdi, istiqamət verdi, hazırlaşdım. Test mərhələsini keçdim. Vəkillər Kollegiyasının çox köməyi oldu. Hazırda bu kollegiyanın üzvüyəm. Vəsiqəni Anar müəllim özü təqdim etdi. Qadın hüquqları üzrə çalışacam. Qadınlara qarşı çox zorakılıq olur, öldürülür".