Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Ramiz Yediyarov barəsində cinayət işi başlanıldı - EKSKLUZİV

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarov barəsində cinayət işi başlanılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsininə göndərilib. 

Cinayət işi hakim Marif Kazımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Qeyd edək ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.