Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Ramiz Rzayev Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışdı

2019-cu il oktyabr ayının 16-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Ali Məhkəmənin sədri ölkəmizlə dost və qardaş Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdirildiyini bildirib, bugünlərdə ölkəmizdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün müstəsna əhəmiyyətini qeyd edib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.

Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı barədə məlumat verən Ali Məhkəmənin sədri, ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışıb.

Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının dairə rəhbəri Halil Koç respublikamızda aparılan məhkəmə-hüquq islahatlarını yüksək dəyərləndirib, öz ölkəsində həyata keçirilən islahatlar, o cümlədən Hakimlər və Prokurorlar Şurasının fəaliyyəti barədə məlumat verib.

 Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə  baxıblar.