Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Qubada həmyerlisini öldürmək istəyən şəxsin kassasiya şikayəti təmin edilmədi

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Rəşad Hacıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Hacıyevin kassasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə ötən il fevral ayında Qubada baş verib. R.Hacıyev həmyerlisi Orxan Süleymanovu öldürməyə cəhdə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Hacıyev apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.