Mirzayev&Partners
    22 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Qırğızıstanda keçmiş aparat rəhbəri həbs edildi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin aparatının keçmiş rəhbəri, onun ən yaxın müşaviri Fərid Niyazov girov götürməsinə görə oktyabrın 8-dək həbs edilib.

E-huquq.az-ın məlumatına görə, hakim F.Niyazovun oktyabrın 8-dək istintaq təcridxanasında saxlanılmasına dair qərar verib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.