Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Qırğızıstan məhkəməsi sabiq prezidentin əmlakına həbs qoydu

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub. 

E-huquq.az-ın məlumatına görə, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır. 

Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.