Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Qaradağda təcili yardım avtomobili ilə qəza törədən sürücünün məhkəməsi başlayır

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nazim Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Teymur Qurbanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il mayın 13-də Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında baş verib. Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olan "Mercedes" markalı təcili yardım avtomobili qəzaya düşüb.

Avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. Qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü N.Quliyev ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, yaralılar arasında S.Məmmədlinin vəziyyətinin çox ağır olduğu, onun hər iki ayağı bud nahiyədən qırıldığı bildirilib.

Hadisədən sonra sürücü N.Quliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.