Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

“Qanunlar elə yazılmalıdır ki, sonradan “barmaq” edilməsin” — Cavid Qurbanov

"Qanunlar elə yazılmalıdır ki, sonradan onlara "barmaq” edilməsin".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahbkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, qanunlar mükəmməl şəkildə qəbul olunur, amma sonradan bəzi hallarda "kənarda” qalır:

"Sovetlər dövründən bu yana belə bir "adət” var ki, hansısa qanun qəbul olunur, amma sonradan "kənara” qoyulur. Hər bir nazirlik öz sahəsi ilə bağlı qanuna öz yanından əlavə əsasnamə, təlimat hazırlayır və fəaliyyətində də onu üstün tutur. Bu, qabaqlar Vergilər Nazirliyində daha çox rast gəlinirdi. Ona görə qanunlar elə yazılmalıdır ki, sonradan onlara "barmaq edilməsin”.

Milət vəkili eyniz zamanda, sovetlər dövründə hər kənddə "əmanət bankları”nın olduğunu xatırladıb və bu gün onlara rast gəlinmədiyini bildirib:

"Bəyənmədiyimiz sovetlər dövründə hər bir kənddə "əmanət bankları” vardı. Ancaq indi hansı kənddə banka, onun filialına rast gəlmək olar?”.