Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Qadın keçmiş ərinin icazəsi olmadan uşağını xaricə apara bilərmi?

Ərindən boşanan qadın övladını müalicə üçün xarici ölkəyə aparmaq istəyir. Lakin keçmiş ər uşağının ölkədən çıxa bilməsi üçün icazə vermir. Qadın keçmiş ərinin icazəsi olmadan övladını xarici ölkəyə necə apara bilər?

Mövzu ilə əlaqədar vəkil Zaur Niftəliyevə müraciət etdik.

Vəkil e-huquq.az-a bildirib ki, uşağın atası razılıq vermədiyi təqdirdə, qadın qeydiyyatda olduğu ərazinin məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlidir: “Qadın keçmiş ərinin razılığı olmadan övladının ölkə hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi barədə iddia ərazisi qaldırır. Məhkəmə də müfaviq olaraq qadına atanın icazəsi olmadan uşağını xarici ölkəyə aparmaq hüququ verəcək”.

Onun sözlərinə görə, məhkəmə bu cür işlərin əksər hallarında razılıq verir. Bununla belə, Z.Niftəliyev qeyd edib ki, məhkəmənin razılıq vermədəyi hal da var: “Əgər qadın xarici ökəyə daimi yaşamaq üçün gedirsə, bu zaman məhkəmə ona övladı ilə birlikdə xaricə getmək hüququnu vermir”. Vəkil əlavə edib ki, xaricə müvəqqəti – istirahət, müalicə və s. məqsədlər üçün gedildyi zaman məhkəmə bu hüququ verir: “Qanunvericilik bunu tələb edir. Məhkəmələrdə belə məsələlərdə problem yaranmır”.

 

Məftun Salmanov