Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Qadın hamiləlik dövründə aliment tələb edə bilərmi?

Qadın hamiləlik dövründə keçmiş ərindən özü üçün aliment tələb edə bilər.

Bunu e-huquq.az-a vəkil Gülşən Salmanova qadının hamiləlik dövründə keçmiş ərindən aliment tələb edə bilməsi məsələsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, qadın uşaq doğulana qədər hamiləlik dövründə özü üçün, uşaq dünyaya gəldikdən sonra isə uşaq üçün aliment tələb edə bilər.  Vəkil bildirib ki, qadın hamiləlik müddətində işləmədiyinə görə aliment qismində özü üçün maddi yardım tələb etmək hüququna malikdir.

G.Salmanova qeyd edib ki, qanunda alimentin miqdarı ilə bağlı konkret məbləğ yoxdur: “Qanuna əsasən, alimentin miqdarı əvvəlki səviyyədə yaşayışının təmin edilməsi üçün tələb olunan sabit pul məbləğində olmalıdır. Tutaq ki, əvvəllər qadının yaşayışı üçün 500 manat sərf edilirdisə, həmin məbləğ ödənilməlidir”. 

O əlavə edib ki, uşaq doğulduqdan 3 yaşına qədər isə ana həm özü, həm də uşaq üçün aliment tələb edə bilər. 

 

Məftun Salmanov