Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Pul alarkən görüntüsü yayılan polis əməkdaşı öldü

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

E-huquq.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

CoronaVirus CoronaVirus