Mirzayev&Partners
    23 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Prokurorluq Siyavuş Novruzovun keçmiş nazirlər haqqındakı fikirləri ilə bağlı araşdırma aparır? - RƏSMİ CAVAB

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb. Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Baş Prokurorluq tərəfindən deputatın səsləndirdiyi fikirlərlə bağlı araşdırmaların aparılıb-aparılmadığını dəqiqləşdirmək üçün qurumun Mətbuat xidməti ilə əlaqə saxladıq.

Baş Prokurorluğun rəsmisi Eldar Sultanov bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.

Mənbə: Trend