Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Prokuror şairə qarşı dələduzluq edən şirkət rəhbərinin oğluna cəza istəyəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin ifadələri elan olunub. 

Zərərçəkmiş Təranə Dünyamalıyeva ona dəymiş ziyanın ödənilmədiyini söyləyib. 

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxışa hazır oımadığın və məhkəmədən vaxt istədiyini bildirib. 

Proses iyulun 29-dək təxirə salınıb. 

Qeyd edək ki, L.Qasımov həbsdə olan “Real MTK”-ın rəhbəri İlham Qasımovun oğludur. 

İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.

Daha əvvəl “Real MTK”-ın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.