Mirzayev&Partners
    22 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Prokuror müğənninin qətl törədən oğluna cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

E-huquq.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında hər iki şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib. Həmin gecə əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb. 

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.

Xatırladaq ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. T.Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.