Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Prezident İlham Əliyev Avstriya Kanslerini təbrik etdi

Prezident İlham Əliyev Avstriya Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

E-huquq.az-ın xəbərinə görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Federal Kansler, Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".