Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Prezident Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

E-huquq.az xəbər verir ki, sənədə əsasən, Cinayət Məcəlləsinin 308-2.1-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

İnzibati Xətalar Məcəlləsində (İXM) 445-1.1.2-ci maddəyə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.