Mirzayev&Partners
    26 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Parlament seçkilərində seçiciyə səsvermə vəsiqəsinin verilməsi sabah başa çatır

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi bu gün başa çatır.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 45–25 gün qalanadək, 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 15-dək təqdim edilməlidir.

Bu gün həmçinin səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti də başa çatır.

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının, o cümlədən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də yanvarın 15-də başa çatır.

Bundan əlavə, yanvarın 15-də seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi sona çatır.