Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

PA nümayəndəsi Vüsal Şıxəliyev ilə “AmCham" arasında görüş keçirildi

Bu gün Bakıda Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) nümayəndəsi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ilə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham") arasında görüş keçirilib. 

E-huquq.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan Respublikasının biznes mühitinin və beynəlxalq reytinqlərinin yaxşılaşdırılmasına yönəlmiş komissiyanın işinin işıqlandırılması, eləcə də biznesin islah edilməsi üçün innovasiya sistemlərinin tətbiqindən ibarət olub.

V. Şıxəliyev Komissiyanın fəaliyyəti, əsas nailiyyətlər və inkişaf alətləri, biznes islahatlarının qəbul edilməsi, tətbiqi və monitorinqi, Dövlət-Özəl Dialoq platformaları haqqında interaktiv məruzə ilə çıxış edib. Həmçinin, işçi qruplarının və xüsusi platformanın bir hissəsi kimi komissiyanın fəaliyyətinə biznes assosiasiyalarının və ekspertlərin cəlb edilməsi məsələləri nəzərdən keçirilib və Rəqəmsal Təqvim haqqında ətraflı məlumat verilib.

Dəvət olunmuş məruzəçi "Benchmarking" (beynəlxalq reytinqlərin müqayisəli təhlili) adlı yeni innovasiya sistemini təqdim edib. 

Bildirilib ki, innovativ və funksional alətlərdən istifadə edərək fəaliyyət göstərən "Benchmarking" sistemi beynəlxalq reytinqlərin müqayisəli təhlilini təmin etməyə, həmçinin potensial biznes islahatları tələb edən sahələri tez müəyyənləşdirməyə xidmət edir.

"Benchmarking" sisteminin əsas üstünlükləri bunlardır.

- Bütün göstəricilər üzrə trendin əyani təsvirin əldə olunması;

- Biznes mühiti məsələləri ilə bağlı siyasi qərarların qəbul edilməsi prosedurları üçün "ağıllı" qərarların müəyyən edilməsi;

- Beynəlxalq və regional kontekstdə ölkənin investisiya cəlbediciliyinin müəyyən edilməsi;

- Müqayisəli təhlil əsasında islahat aparılmalı olan potensial sektorların müəyyən edilməsi;

- İnvestisiya piramidasının analitik informasiya dəstəyinin yaradılması və investisiya qərarlarının qəbul edilməsi;

- Real təhlil əsasında ölkələrdə islahatların praktikası və strategiyalarının qiymətləndirilməsi

Sonra görüş sual-cavab formatında başa çatdırılıb.