Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Ötən il Ali Məhkəməyə 25 536 müraciət daxil olub

2018-ci ildə Azərbaycanın Ali Məhkəməsinə respublika təşkilatları və vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin fəaliyyətinə dair məlumatda qeyd edilib.

Bildirilib ki, Ali Məhkəmənin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə ötən ildə respublikanın təşkilatlarından və vətəndaşlardan 25 536 müraciət (kassasiya şikayəti, kassasiya protesti, əlavə kassasiya şikayəti, ərizə, sikayət və sair) daxil olub.

2018-ci ildə daxil olmuş müraciətlərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1414 (5,8%) müraciət artıb.

Respublikanın təşkilatlarından və vətəndaşlardan daxil olan 9 296 müraciət (25536 müraciətə aid edilməklə) prosessual sənədlər olduğu üçün (kassasiya şikayəti, kassasiya protesti, kassasiya şikayətinə etiraz, kassasiya şikayətinə əlavə, vəsatət, izahat və sair) icraatda olan işlərə əlavə edilib, 614 prosessual müraciət (əlavə kassasiya qaydasında şikayət, protest, məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə və sair) plenumun icraatı qaydasında baxılıb. Digər 15 626 müraciətə isə Ali Məhkəmənin rəhbərliyi və aparatı tərəfindən baxılıb.

2018-ci ildə Ali Məhkəmədə 1 185 nəfər qəbul olunub, onların şikayətləri dinlənilib və onlara müraciət etmə qaydaları və digər hüquqları izah edilib.

Ötən il ərzində Ali Məhkəmənin sədri və kollegiya sədrləri tərəfindən 161 qəbul olunub.

Ali Məhkəmənin sədri 75 nəfər, Mülki kollegiyanın sədri 27 nəfər, Cinayət kollegiyasının sədri 22 nəfər, İnzibati-İqtisadi kollegiyanın sədri 20 nəfər və Hərbi kollegiyanın sədri isə 17 nəfəri qəbul edib.