Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Millət vəkili: "Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələrinin sanksiyalarının artırılmasının vaxtıdır"

"Azərbaycanda Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələrinin sanksiyalarının artırılmasının vaxtıdır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan qanunvericiliyində təhqir, böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır: "Hətta cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur. Lakin ölkə rəhbərliyinin humanist yanaşması nəticəsində bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır.

Son vaxtlar bizə edilən müraciətlərdə ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir. Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Namuslu bir qadının əxlaqsız olması ilə bağlı internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar altında profil və ya hesablardan istifadə etməklə onlara yalandan böhtanlar atılır, təhqir edilir. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb".

Mənbə: Report