Mirzayev&Partners
    20 Avqust
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Nüşrəvan Səfərov tanınmış vəkil barəsində inzibati xəta ilə bağlı işə xitam verdi

Tanınmış vəkil Bəhruz Bayramov barəsində inzibati xəta ilə bağlı işə xitam verilib. 

E-huquq.az xəbər verir ki, bu barədə vəkil B. Bayramov özü məlumat yayıb. 

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov adından verilən rəsmi məktubda bildirilir:

"İnzibati xəta haqqında işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində yenidən baxılarkən yol hərəkəti qaydasının  pozulmasına dair hər hansı bir videogörüntünün, səsyazmanın əldə olunmaması və bu xətaya yol verilməsinin şahidi olmadığı üçün bu hal qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar ləğv olunaraq icraata xitam verilib". 

Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən ilin oktyabrında Toyota markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona "saxla" işarəsi verilib. Müayinə zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.