Mirzayev&Partners
    24 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Nikah yaşı azaldıla və ya artırıla bilərmi?

Azərbaycanda bəzi hallarda vətəndaşlar nikah yaşının azaldılması və ya uzadılması ilə bağlı müvafiq orqanlara müraciət edirlər. Bəs bu, hansı hallarda baş verir? Ümumiyyətlə, qanunvericilikdə nikah yaşının dəyişdirilməsi nəzərdə tutulubmu?

Bu barədə e-huquq.az-ın sualını vəkil Bəhruz Bayramov cavablandırıb.

O qeyd edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər: "Xüsusi hallar dedikdə, hamiləlik, uşağın doğulması və digər hallarda nikaha ərizə verilən gün bağlana bilər". 

Vəkilin sözlərinə görə, eyni zamanda Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarının xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.