Mirzayev&Partners
    22 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Nazirlik güclü küləklə bağlı məlumat yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyifaktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən e-huquq.az-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib. Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır. 

Qeyd olunub ki, güclü külək axşam saatlarınadək davam edəcək.