Mirzayev&Partners
    09 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Nazirlər Kabinetinin səlahiyyəti artırıldı

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı bu gün fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub. Dəyişikliyə əsasən, Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.