Mirzayev&Partners
    24 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Nazirlər Kabinetindən yeni qərar: Nikahın pozulmasının proseduru dəyişdi

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

E-huquq.az-ın məlumatına görə, dəyişiklik nikahın pozulmasının qeydə alınması proseduru ilə əlaqədardır.

Qaydaya əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır. Dəyişikliyə əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən, nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstəriləcək.

Mənbə: APA