Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Naxçıvanda dəhşətli qəza: 1 ölü, 2 yaralı

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub. 

Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdirilib. 

V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan Muxtar Respulikasının Daxili İşlər Nazirliyində araşdırma aparılır.