Mirzayev&Partners
    22 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

MSK sədri: "Bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin heç birinə yox cavabı verilməyib”

“Demək olar ki, bələdiyyə seçkiləri ilə əlaqədar müraciət edənlərin heç birinə yox cavabı verilməyib və hamısının namizədliyi qeydiyyata alınıb”.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O xatırladıb ki, bu ilin dekabrın 23-də 1606 bələdiyyəyə 15156 üzv seçiləcək: “Seçkiyə 42 minə yaxın namizəd qatılıb. Bu da təxminən, bir bələdiyyə yerinə 3 namizədin mübarizə aparması deməkdir. Hesab edirəm ki, bu da yaxşı bir göstəricidir. Nəzər alaq ki, 13 siyasi partiya birbaşa özləri namizədlərini irəli sürərək seçkilərdə iştirak edirlər. Bu da cəmiyyətin, siyasi partiyaların bu seçkilərə marağının yüksək olduğundan xəbər verir”.