Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Oqtay Əsədov: Qarşıya çıxan yeni çağırışlar parlamentin yeniləşməsini zəruri edir

Azərbaycanda Nazirlər Kabineti, idarəretmə orqanları, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin növbəti plenar iclasında çıxış edərkən deyib.

Spiker deyib ki, bildiyiniz kimi, Yeni Aazərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclas çağrılmasını xahiş edib: “Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir”.