Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Millət vəkili: “Rəqabət Məcəlləsi”nin qəbul olunması olduqca vacibdir"

Bir neçə illər keçməsinə baxmayaraq, Azərbaycan Milli Məclisi hələ də “Rəqabət Məcəlləsi”nin qəbul olunmasına nail ola bilməyib.

E-huquq.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin keçirilən payız sessiyasının ilk iclasında millət vəkili Vahid Əhmədov  bildirib. Onun sözlərinə görə, "Rəqabət Məcəlləsi" olduqca vacib qanundur:

V. Əhmədov qeyd edib ki, bu payız sessiyasına daxil olunması vacib olan məsələlərdən biri də “Təhsil kreditləri haqqında” qanun layihəsidir. O, əlavə edib ki, bu gün ölkədə təhsil kreditlərinin olmaması bir çox tələbənin təhsilini yarımçıq qoyması ilə nəticələnir: “Bizə bununla bağlı bir çox müraciətlər daxil olur. Bu günlərdə eşidirik ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanır. Neçə illər bundan əvvəl hazırlanmış qanun layihəsini bir az redaktə edib bu günün tələblərinə uyğunlaşdıra bilərik. Bu qanun layihəsini qəbul etməliyik ki, gənclər təhsilini başa vura bilsinlər”.

Mənbə: Report