Mirzayev&Partners
    06 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşdi

Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşib.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçiriləcək.

Mənbə: APA