Mirzayev&Partners
    26 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Məhkəmə Pərviz Müşərrəf barəsində verilən ölüm hökmünü ləğv etdi

Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin işi ilə bağlı məhkəmə prosesini qeyr-konstitusion adlandırıb.

E-huquq.az-ın məlumatına görə, bununla əlaqədar sabiq prezidentin ölüm hökmü ləğv edilib.

Məhkəmə bildirib ki, P.Müşərrəfin təqsirli bilinməsində əsas götürülən Konstitusiyanın 6-cı bəndi 2010-cu ildə dəyişdirilib. Məhkəmə həmin dəyişikliyin geriyə qüvvəsinin olmadığını müəyyən edib. P.Müşərrəf isə 2010-cu ildən daha əvvəl baş vermiş hadisələrə görə ittiham edilib.

Xatırladaq ki, ötən ilin dekabrında P.Müşərrəf dövlət çevrilişində ittiham edilərək ölüm hökmünə məhkum edilmişdi.