Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Məhkəmələrlə bağlı şikayəti olan vətəndaşların NƏZƏRİNƏ

Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülür.

E-huquq.az xəbər verir ki, vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinin daha səmərəli araşdırılması, qeyri-prosessual münasibətlərə şərait yaradan və haqlı narazılıq doğuran pozuntuların dərhal aradan qaldırılması məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları keçirilir. 2019-cu ilin OKTYABR ayı ərzində qəbul həyata keçiriləcək müvafiq məhkəmələr və qəbulun tarixi barədə məlumat vətəndaşların diqqətinə təqdim olunur.

Vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın 510-82-96, 510-19-07 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.

2019-cu ilin oktyabr ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşlarin məhkəmələrdə qəbulu cədvəli

 

Qəbulun tarixi və vaxtı Qəbulun keçiriləcəyi məhkəmə
1. 11 oktyabr, saat 10:00 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
2. 18 oktyabr, saat 10:00 Salyan Rayon Məhkəməsi
3. 27 oktyabr, saat 10:00 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi