Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Məhkəmə "Veysəloğlu" ilə bağlı çıxarılan qərarı ləğv etdi

Bakı Apellyasiya Məhkəməsində “Veysəloğlu Yaycılı Qardaşlar” MMC barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, icraata xitam verilib.

Qeyd edək ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Veysəloğlu Yaycılı Qardaşlar” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib. Palata tərtib etdiyi protokolu baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, 48 128 Avro məbləğində  cərimlənməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində baxılacaq.