Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Məhkəmə tanınmış jurnalistin qardaşının ölümündə təqsirləndirilən hakimlə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin barəsində olan hökmdən dövtlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiaya protesti və apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə ötən il iyunun 28-də polisə Xırdalan şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib. 

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin (CM) 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Ağakişiyevin ittiham olunduğu CM 126.3-cü maddəsi 124-cü maddəyə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə görə, Ə.Ağakişiyev cəzasını məntəqə tipli cəza cəzaçəkmə müəssisəsində çəkəcək. 

Xatırladaq ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimidir. P.Həbibov isə ANS telekanalının sabiq aparıcısı Pərvanə Sabirqızının qardaşıdır.