Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Məhkəmə şirkətin şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsində "TACH” MMC tərəfindən verilən apellyasiya şikayətinə baxılıb. 

E-huquq.az-ın xəbərinə görə, Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, MMC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, "TACH” MMC-nin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən protokol tərtib edilərək, Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək, 1284.92 dollar (6424,60 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan “TACH” şirkəti apellyasiya şikayəti verib. 

Qeyd edək ki, "TACH" MMC təmizlik vasitələrinin satışını həyata keçirən şirkətdir.