Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Məhkəmə "Range Rover"lə qəza törədən polis əməkdaşı ilə bağlı prokurorluğun şikayətini təmin etmədi

Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədov barəsindəki hökmdən prokuror tərəfindən verilən apelyasiya protestinə baxılıb. 

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya protesti təmin olunmayıb və X. Məmmədov barəsində çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb. 

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verərək, təqsirləndirilən şəxsin həbs olunmasını istəyib. 

CoronaVirus CoronaVirus